Accessibility links

Yeni araşdırma - Əmizdirmə ana və körpənin sağlamlığı üçün vacibdir


Harvard universiteti alimlərinin yeni araşdırmalarının nəticələri körpələr üçün ana südünün vacibliyini göstərib. Alimlərın “Ana və körpənin qidalanması” jurnalında dərc etdiyi araşdırmaların nəticələrində əmizdirmənin nəinki körpənin, hətta ananın da sağlamlığı üçün vacib olduğu bildirilib.

Körpəsini ictimai yerdə əmizdirən bir qadına irad tutulduqdan sonra 2014-cü ildə onlarla qadın Böyük Britaniya otelinin qarşısına toplaşaraq, körpələrini əmizdirib. Kral Akuşer-Genekologiya Kollecindən Karmel Lloyd:

"Mənim fikrimcə bu qaydaya düşməlidir. Belə ki, bəzi aspektlərdən ictimaiyyətin bir hissəsi bunun düzgün iş olmadığını düşünür."

Alimlərın “Ana və körpənin qidalanması” jurnalında dərc etdiyi araşdırmaların nəticələrində əmizdirmənin nəinki körpənin, hətta ananın da sağlamlığı üçün vacib olduğu bildirilib

Əmizdirmənin sağlamlığa müsbət təsirinə baxmayaraq narazılıqlar davam edir. Bu, körpələrin həyatını uzadır, gələcəkdə diabet xəstəliyi və artıqçəkililiyin, analarda isə əmizdirmə yumurtalıq və döşdə xərçəngin qarşısını alır. Buna baxmayaraq yüksək gəlirli ölkələrdə yalnız bir yaşına qədər beş körpədən biri ana südü əmir.

İctimai yerlərədə əmizdirməyə qarşı olunduğu bir vaxt, əksinə, bəzən körpəsini əmizdirmək istəməyən gənc analar öz həmyaşıdları tərəfindən tənqid edilir.

“Bəzən təzyiqlər çox olur. Siz əmizdirmədiyiniz üçün təzyiqlərə məruz qalır, özünüzü günahkar hiss edirsiniz. Bunun isə səbəbləri olur,” ana Rebekka Branç bildirir.

Lakin araşdırmaların nəticələri onu göstərir ki, bir yaşına qədər körpənin ana südü ilə qidalanmasına imkan varsa, körpə əmizdirilməlidir.

XS
SM
MD
LG