Accessibility links

Ukrayna jurnalisti Bred Pittə qarşı təhqiramiz hərəkət edərkən yaxalanıb


Daim məşhurları narahat etməklə tanınan ukraynalı televiziya müxbir Los Ancelesdə film premyerasında Bred Pittə qarşı təhqiramiz hərəkət edərkən həbs edilib.

Vitalii Sedyuk “Maleficient” filminin premyerasında baryeri aşaraq Bred Pitt-ə yaxınlaşarkən polis tərəfindən saxlanılaraq uzaqlaşdırılıb. Bred Pitt filmin premyerasına orada baş rolda çəkilmiş sevgilisi Ancelina Joli ilə birgə gəlmişidi.

Sedyuk Bred Pittə təcavüz edə bilməyib və aktyor ümumiyyətlə ona məhəl belə qoymayaraq pərəstişkarlarına avtoqraf verməkdə davam edib.

Sedyuk son zamanlar məşhurlarla bağlı bir neçə insident törədib. Bu ilin əvvəlində Kann film festivalında Sedyuk Amerika Ferreranı narahat etdikdən sonra uzaqlaşdırılmış və Moskvada film primyerasında Vill Smiti öpmək istəyərkən şillələnmişdi.

Sediuk eyni zamanda Madonna, britaniyalı müğənni Adel və aktyor Leonardo Dikaprio ilə də təhqiramiz vəziyyətlər yaradıb.

Los Anceles polisi mətbuat agentliyinə Sediukun sadə təhqiretmə ittihamı ilə üzləşəcəyini deyib.
XS
SM
MD
LG