Accessibility links

Bred Pitt Los Ancelesdə “Maleficient” filminin premyerasında Vitali Sedyukun ona hücum etməsi barədə ilk dəfə açıqlama verib.

People jurnalına müsahibəsində “mən avtoqrafları imzalayıb qurtarmaq üzrə idim və kiminsə baryeri aşaraq mənə yaxınlaşdığını, aşağı baxdıqda onun sifətini mənim kəmərdən aşağı hissəmə yaxınlaşdırmağa cəhd göstərdiyini gördüm.

Bunu gördükdə mən onun başının arxasından iki dəfə vurdum. Əlbət də zərbə güclü deyildi, sadəcə onun dayanması üçün bunu etdim,” deyə Bred Pitt bildirib.

Ulduz bunu edərkən pərəstişkarlarını düşündüyünü deyir: “O səfeh mənimlə selfi çəkdirmək və avtoqraf üçün oraya toplaşan pərəstişkarlarımın kefini poza bilərdi.”

Sedyuka gəldikdə isə TMZ yazır ki, Bredə hücum etdiyinə görə o, 30 gün həbsxanada keçirməli olacaq.
XS
SM
MD
LG