Accessibility links

Bəli Bred Pittlə Ancelina Coli nəhayət evləndi. Biz isə Bred Pittin evlilikdən əvvəlki həyatına nəzər salmaq qərarına gəldik.

Bred Pittin məktəb həyatı. 1979-cu illərdə hər yeniyetmə kimi Bred Pitt də buraxılış gecəsi həyəcanlı görünür. Bred Pitt o zamanlar Tonya adlı bir qızla görüşürdü.

Bu şəkillərə nəzər yetirin, Bred orta məktəb sevgilisi ilə şəkil çəkdirir. Amma onun Hollivudda uğur əldə etmək üçün potensialı hətta bu şəkillərdən də başa düşülür. İndi Bred Pitt qırmızı xalça üzərinə belə, zövqsüz geyimdə çıxsa idi gülməli görünərdi.

Yəqin ki, indi Bredin o zamankı saç düzümü olsaydı, Ancelina onunla dəqiq evlənməzdi. Amma razılaşmaq lazımdır ki, hətta yeniyetmə yaşlarında belə Bred Pitt xarizmatik görünür.

Görəsən Bredin məktəb dövründə görüşdüyü sevgilisi onun haqqında indi nə düşünür.

XS
SM
MD
LG