Accessibility links

Ağ Evin sabiq mətbuat katibi Ceyms Bredi 73 yaşında vəfat edib


1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsd cəhdi zamanı ağır yaralanan Ağ Evin sabiq mətbuat katibi və silahlara nəzarət tərəfdarı Ceyms Bredi 73 yaşında vəfat edib.

Bredinin ailəsi onun bazar ertəsi vəfat etdiyini bildirib. Onlar mərhumun bir çox xəstəlikdən əziyyət çəkdiyini deyiblər.

1981-ci ilin mart ayının 30-u Vaşınqtın hotelinin qarşısında silahlı şəxs Con Hinkley atəş açan an Bredi cənab Reyqanın yanında idi.

Prezident Reyqana iki güllə dəymiş, amma o sağ qalmışdı. Bredi isə başından ağır yaralanmış və bədəninin bir hissəsi ömürlük iflic olmuşdu.

Ceyms Bredi həyat yoldaşı Sara ilə ömrünə ABŞ-da silaha nəzarət kampaniyası keçirməklə davam etmiş və onun səyləri nəticəsində1993-cü ildə silah alıcıları haqda məlumatların araşdırılmasına dair qanunun qəbul edilmişdir.

Onların yaratdıqları təşkilat sonradan Silah Zorakılıqlarına Qarşı Bredi Kampaniyası adı alır.

Prezident Reyqan və Ceyms Brediyə atəş açan Con Hinkleyə gəldikdə isə o, Vaşınqton şəhərində psixiatriya klinikasında saxlanılır.

XS
SM
MD
LG