Accessibility links

Aktyor Brendon Qlison filmlərdəki rollarından danışır [Video]


Onu hamı "Harri Potter" filmindən sehrbaz Mad Ay Moodi kimi tanıyır. Lakin Brendon Qlisonun çəkildiyi son filmdəki “Calvary” filmindəki obraz əvvəlkilərdən tamamilə fərqlidir.

Aktyor oynadığı xarakteri böyük həvəslə canlandırdığını deyir. “Mən bu gözəl, mehriban bir mühitə daxil oldum. O uşaqların hamısına əvvəlcə uşaq sonra yeniyetmə olmaq imkanı verilir. Bu fantastik bir təcrübə idi. Burada bir sehr var idi.”

Brendon Glisonun çəkildiyi sonuncu filmdəki rolu əvvəl oynadığı sehrbazdan tam fəqlidir. O, yeni “Calvary” filmində başqalarının günahını öz üzərində götürən katolik keşiş rolunu ifa edir.

Ceyms Ata ona təhlükə olan insanı görmür. Həmin şəxs uşaq ikən başqa bir keşiş tərəfindən təcavüzə məruz qalan adamdır. Qatil ibadətə gələn, lakin kilsəyə inamını itirmiş hər kəs ola bilər. Ceyms Ata qədərin gözünə dik baxır. “O uniformanı geyib. Təşkilatın başqa üzvləri isə dəhşətli cinayətlər törədib ki, bunun bədəlini o ödəməldir” - deyə, aktyor bildirir.

Brendon uzun illər müxtəlif xarakterlər ifa edib. “Bruger” komediyasında cinayətkarı, “The Gurd” filmində irqçi İrlandiya polisini oynayıb.

Aktyor oynadığı hər obrazı daxildən yaşadığını deyir. Burada o, Hollivudun “Troy” filmindəki kral Meneleusdur. “Nəyə görəsə hamı məni öldürməyə çalışır. Lakin filmin sonunda qəribə bir şey baş verir. Adama elə gəlir ki, bir təhər duruş gətirə bilər. Amma elə deyil.”

Beləliklə o, bir obrazı başa vurub, o birinə keçir. Aktyor bütün oynadığı obrazların onun şəxsi xarakterindən fərqli olduğunu, lakin hər obrazda özündən bir az qaldığını deyir. Bütün bu rollardan sonra özünü necə hiss etdiyi barədə soruşanda isə belə cavab verir: “Mən bunu sevirəm, mən bunu sevirəm. Mənim bir az da olsa həvəsim azalmayıb.”

Brendonun uğurunun kökündə məhz bu dayanır.

XS
SM
MD
LG