Accessibility links

Brexit Britaniyanın bölünməsinə səbəb ola bilər? [Video]


Brexit Britaniyanın bölünməsinə səbəb ola bilər?
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Brexit Britaniyanın bölünməsinə səbəb ola bilər?

Britaniyanın Avropa İttifaqını tərk etmək qərarından sonra Şotlandiya höküməti müstəqilliklə bağlı ikinci referendumun keçirilməsini tələb edir. Şotlandların əksəriyyəti Avropa İttifaqının üzvü olaraq qala bilmələri üçün Birləşmiş Krallıqdan ayrılmağı tələb edir.

Mən övladlarımın Avropa İttifaqının tərkibində yaşayıb böyüməsini istəyirəm. Ona görə də, əgər Şotlandiya müstəqil olaraq ittifaq üzvü olaraq qalmağa davam edəcəksə, mən bunun lehinə səs verərəm.
Pamela Cenkins

Pamela Cenkins Avropa İttifaqı tərkibində böyüyən uşaqları üçün bir dünya imkan görürdü. Amma indi o, Britaniyanın ittifaqı tərk etmək qərarından məyusdur.

“Mən yaşadığım ölkənin, fikrimcə, ksenofobiya və irqçilik səbəbilə bu cür seçim etməsindən məyusam. Mən artıq Birləşmiş Krallığın əvvəlki kimi möhtəşəm olduğunu düşünmürəm,” deyə o bildirir.

İki il öncə Cenkins Şotlandinya müstəqilliyi uğrunda referendumda bunun əleyhinə səs verib. İndi isə o artıq fikrini dəyişib.

“Mən övladlarımın Avropa İttifaqının tərkibində yaşayıb böyüməsini istəyirəm. Ona görə də, əgər Şotlandiya müstəqil olaraq ittifaq üzvü olaraq qalmağa davam edəcəksə, mən bunun lehinə səs verərəm.”

Bu cür düşünən tək Cenkins deyil. Brexit səsverməsindən sonra keçirilən rəy sorğuları göstərir ki, 2014-cü il referendumundakı 45 faizlə müqayisədə bu dəfə şotlandların 60 faizi müstəqilliyi dəstəkləyir.

Şotlandların çoxu Londondakı hökümətin onları əksəriyyət arasında qeyri-populyar bir qərarı dəstəkləməyə vadar etdiyini düşünür.

Edinburq Universitetinin tələbəsi Ben Nisbet də 2014-cü il referendumundan bəri fikrini dəyişib.

“Mən müstəqil Şotlandiyanın leyhinə səs verməyə hazıram və bu məni çox təəcübləndirir,” deyə o bildirir.

Nisbet deyir ki, onun yaşıdları Avropa İttifaqı üzvlüyündən çox faydalanıb.

“Mən çox ucuz qiymətə asanlıqla, vizasız Avropanın bir çox yerinə səyahət edə bilmişəm. Bununla bərabər Şotlandiyada da mən bir çox mədəniyyətləri təmsil edən insanlara rast gəlmişəm. Maliyyələşdirmə məsələsinə gəldikdə isə, mənim daun sindromu olan balaca qardaşım var və Avropa İttifaqı xüsusi ehtiyacları olan insanlara aktiv qayğı göstərir,” deyə Nisbet bildirir.

Mən də 2014-cü ildə Şotlandiyanın müstəqilliyinin lehinə səs verdim. Amma o seçki çox yaxın zamanda keçirilib və mən məğlub olduğumuzu qəbul edirəm.
David Spiers

Deyvid Spayers isə Avropa İttifaqını tərk etməyin lehinə səs verib, çünki qurumun qeyri-demokratik olduğunu hesab edir.

“Mən də 2014-cü ildə Şotlandiyanın müstəqilliyinin lehinə səs verdim. Amma o seçki çox yaxın zamanda keçirilib və mən məğlub olduğumuzu qəbul edirəm. Ona görə də məncə artıq qəbul olunan qərarı ləğv etmək üçün yeni referendum keçirilməməlidir.”

Aİ səsverməsi kimlik və demokratiya məsələləri ətrafında qızğın debatlara səbəb olub. “Brexit” isə Britaniyanın bölünməsi bahasına başa gələ bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG