Accessibility links

"Brexit"-dən sonra Niderlandda da "Nexit" ola bilər [Video]


"Brexit"-dən sonra Niderlandda da "Nexit" ola bilər
please wait

No media source currently available

0:00 0:02:47 0:00

"Brexit"-dən sonra Niderlandda da "Nexit" ola bilər

Britaniya Avropa İttifaqından çıxmaq qərarı verdikdən sonra Brüssel Hollandiya kimi digər üzvlərin də ittifaqdan ayrıla biləcəyindən narahatdır. Britaniyada olduğu kimi Niderlandda da immiqrasiya və suverenliklə bağlı narahatlıqlar mövcuddur. Amma Avropa İttifaqı tərəfdarları ittiaqın ölkənin vahid bazar daxilində əldə etdiyi inkişafda mühüm rol oynadığını deyir.

Ölkə olaraq bizim öz sərhədlərimiz, öz məhkəmələrimiz olmalıdır və öz qanunlarımızı Brüsslədəki şəxslər və ya Avropa İttifaqı deyil, biz özümüz yazmalıyıq.
Laurens Stassen

Niderlandın cənubunda yerləşən Maastrixt şəhərində nəqliyyat üçün ən yaxşı vasitə barja və velosipeddir.

Şəhərin adı müasir Avropa İttifaqının yaranmasına səbəb olan 1992-ci il sazişi ilə əlaqəlidir.

24 il öncə bu binada imzalanan saziş Avropanı siyasi və iqtisadi birliyə gətiib çıxardı. Amma indi Maastrixt Niderlandın ən avroskeptik şəhəridir.

Ən son rəy sorğuları hollandiyalı seçicilərin yarısının Avropa İttifaqı üzvlüyü ilə bağlı referendumun keçirilməsini istədiyini göstərir.

“Ölkə olaraq bizim öz sərhədlərimiz, öz məhkəmələrimiz olmalıdır və öz qanunlarımızı Brüsslədəki şəxslər və ya Avropa İttifaqı deyil, biz özümüz yazmalıyıq.”

Stassen bir zamanlar Girt Uildersin başçılıq etdiyi ultra-sağ Azadlıq Partiyasının üzvü olub. Uilders Avropanın "islamlaşdırılmasının" əleyhinə kampaniya aparıb və hollandların da britaniyalılar kimi Avropa İttifaqında üzvlüyü ilə bağlı referendum keçirməsinə çağırıb.

Amsterdam
Amsterdam

“Brexit ölkənin öz suverenliyini geri alması deməkdir. Bundan əlavə, immiqrasiya ilə bağlı bir çox narahatlıqlar da var.”

Şəhərdən bir az cənubda Avropanın ən böyük limanı olan Rotterdam şəhəri yerləşir. Hər il limana 465 milyon ton yük gəlir. Bu liman vasitəsilə Avropanın şimalında gückü iqtisadiyyata malik ölkələr dünya ilə bağlanır.

“Son illər ərzində həm Niderlandda, həm də bütün Avropada əldə edilən inkişaf əsas etibarilə azad ticarət, eləcə də bir çox malların və insanların sərbəst hərəkəti ilə bağlıdır.”

Niderlandın Avropa İttifaqından ayrılması burada iqtisadi fəlakət kimi qarşılanır.

Son illər ərzində həm Niderlandda, həm də bütün Avropada əldə edilən inkişaf əsas etibarilə azad ticarət, eləcə də bir çox malların və insanların sərbəst hərəkəti ilə bağlıdır.

“Avropa ilə birgə biz 500 milyon insanıq, yəni dünyanı ən böyük ticarət zonası, ən böyük bazarı. Niderland isə ölkə olaraq sadəcə 16 milyon insandan ibarətdir.”

Avropa İttifaqı tərəfdarları Britaniyada ittifaqdan çıxmaqla bağlı səsvermədən narahatdır.

“Birləşmiş Krallıq Niderlandın çox böyük ticari tərəfdaşıdır. Bu iki ölkə arasında tarixi əlaqələr var.”

Avropanın hər yerində Avropa İttifaqı ilə bağlı narahatlıqlar mövcuddur.

“Hamı Brüsselin çox şeyə nəzarət etdiyini düşünür. Bundan başqa, Brüsseldə, Avropa İttifaqında, qurumda qərar qəbul etmə prosesinin vətəndaşlardan uzaqlaşdırıldığına dair fikirlər də var.”

Hollandiya qanunlarına əsasən, Avropa İttifaqı üzvlüyü ilə bağlı referendumun keçirilməsi ehtimalı hələ çox azdır. Amma gələn ilin mart ayında keçirləcək parlament seçkiləri ilə Brexitin təsirləri ilk olaraq ittifaqın təsisçi üzvlərindən biri olan Niderlanda hiss edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG