Accessibility links

Brexit-in fəsadları Macarıstanda görünməyə başlayıb [Video]


Ölkə Avropa Birliyinin qaçqınlar siyasətinə dair referendum keçirməyə hazırlaşır

Britaniyalıların Avropa Birliyindən çıxmağa səs verməsindən sonra tendensiya Şərqi Avropayada yayıla bilər. Burada millətçi hərəkatlar iddia edir ki, Britaniyanın qərarı onların Avropa Birliyi siyasətinə etiraz kampaniyalarını gücləndirir. Macarıstanda Avropa Birliyi yeni başağrı ilə üzləşə bilər. Söhbət Almaniya kansleri Angela Merkelin Maracarıstan və birliyin digər üzvlərinə şamil olunacaq qaçqınları qəbul etməyə dair məcburi kvota planı barədə referendumdan gedir.

Paytaxt Budapeştdən 40 kilometr aralıdakı qaçqın düşərgəsi Macarıstanın referendum debatının əsasını təşkil edir. Düşərgəyə hər gün yeni sığınacaq axtaranlar gəlir.

Əfqan qaçqın Mano: "Niyə bizə Avropaya gəlməyə icazə vermirlər, biz də sizin kimi insan deyilik? Bizim sizin uşaqlarınıza verilən hüququmuz yoxdur?"

Ancaq düşərgə yaxınlığındakı qonşular yeni gələnləri təhlükə kimi görür. Düşərgənin qonşuluğunda referenduma böyük dəstək var.

"Hiss edirik ki, onlar uyğunlaşmaq və bizim kimi olmaq istəmir. Onlar bizim mədəniyyətə məhəl qoymur, mən britaniyalıları tam başa düşürəm" - deyə yerli sakin Atilla Szigeti bildirir.

Szigeti deyir ki, irqçi olmasa da, evinin qarşısında miqrantları görəndən sonra saçını qırxmağa başlayıb: "Bu görüntü ilə arxama baxmağa ehtiyac qalmır. Bu yolla mən qorxmaq məcburiyyətin qalmıram, daha sərt görünürəm".

Baş nazir Viktor Orbanın hökuməti elanlara milyonlarla dollar xərcləyir. Referendumda Macarıstanın parlament ratifikasiyası olmadan əcnəbilərin məcburi yerləşdirilməsinə dair Avropa Birliyinin qərarı səs verməyə qoyulacaq.

Qorxuların artdığı bir vaxt təhlilçilər mühacirət əleyhdarı fraksiyanın asanlıqla qalib gələcəyini deyir.

"O, Brüsseli Macar xalqının düşməni kimi təqdim edib. O deyib ki, biz 1848-49-cu illərdən Vyannaya, 1956-cı ildə Moskvaya qarşı dayanmışıq və indi də Brüsselə qarşı birləşməliyik" - deyə Mərkəzi Avropa Universitetindən Nik Sitter bildirir.

Rusiyanın dəstəklədiyi ultra-sağçı müxalif JOBBIK partiyası Brexit-i Macarıstanda Avropa Birliyinə əleyhdarları üçün təkan kimi görür.

JOBBİK Partiyasından Marton Qyonqyosi: "İnsanlar səs verəndə aydın şəkildə Brüsselin və birliyin miqrasiya siyasəyinin lehinə, yoxsa əleyhinə olduqlarını göstərəcəklər".

Budapeştdə keçən əsrdə Macarıstanın xarici qüvvələrdən çəkdiyi əziyyətin xatirələri var. Əvvəlcə Nasistlərdən, sonra isə Sovetlərdən...

... Kommunizm və Sovet İmperiyasının dağılmasından 20 il sonra da xarici dominantlığın acı xatirələri insanlarda qalmaqdadır. Budapeştdə Brüsseli yeni Moskva kimi görənlərə rast gəlmək adi haldır.

Maracarıstandakı referendum hələlik yalnız Avropa Birliyinin miqrant siyasətini səsverməyə qoyur. Sağçıları isə deyir ki, növbəti addım qurumu tərk etmək ola bilər.

XS
SM
MD
LG