Accessibility links

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb [Yenilənib]


 İlham Əliyev və Bridcet Brink
İlham Əliyev və Bridcet Brink

Prezident İlham Əliyev iyunun 23-də ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.

B.Brinkin Azərbaycana ötənilki səfərini xatırlayan prezident həmin səfərin ölkələr arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib. Azərbaycanla ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən prezident iki ölkənin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb.

Hazırda Azərbaycanla ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı B. Brinkin səfərinin əlaqələrin uğurla inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən xanım Brink bildirib ki, səfərin məqsədi ölkələr arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir.

O, ölkələr arasında davamlı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

***

İyunun 22-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin Azərbaycana səfəri başlayıb.

Amerikanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə bildiriblər ki, xanım Brinkin səfəri iyunun 24-dək davam edəcək və o, Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Dövlət katibinin köməkçisinin müavini səfərinin yekunları ilə bağlı iyunun 24-də mətbuat konfransı keçirəcək.

Bricet Brink sonuncu dəfə 2015-ci ilin noyabrında Azərbaycanda səfərdə olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG