Accessibility links

Filip Krouli:"Məxfi sənədlərin açıqlanması Birləşmiş Ştatlar və əməkdaşlıq aparılan ölkələr üçün risk təşkil edir."


Filip Krouli:"Məxfi sənədlərin açıqlanması Birləşmiş Ştatlar və əməkdaşlıq aparılan ölkələr üçün risk təşkil edir."

Filip Krouli:"Məxfi sənədlərin açıqlanması Birləşmiş Ştatlar və əməkdaşlıq aparılan ölkələr üçün risk təşkil edir."

ABŞ Dövlət katibinin İctimai Məsələlər üzrə yardımçısı Filip Krouli Vaşinqtonda Mətbuat Mərkəzində jurnalistlər üçün brifinq keçirib

ABŞ Dövlət katibinin İctimai Məsələlər üzrə yardımçısı Filip Krouli Vaşinqtonda Mətbuat Mərkəzində jurnalistlər üçün brifinq keçirib. Brifinq zamanı o, WikiLeaks saytında ABŞ-ın məxfi diplomatik sənədlərinin açıqlanması, Dövlət katibi Hillari Klintonun Mərkəzi Asiya regionuna səfəri ilə bağlı açıqlamalar verib, xarici mətbuat üzvlərinin suallarını cavablandırıb. Filip Krouli deyib ki, belə böyük həcmdə sənədin açıqlanması təkcə Birləmiş Ştatların milli təhlükəsizlik maraqları deyil, başqa ölkələrin və insanların maraqlarına təsirini göstərəcək. Onun sözlərinə görə, bu sənədlərə tam kontekstdə baxdıqda Amerika diplomatlarının dünya ölkələrində diplomatlar və rəsmilərlə əməkdaşlıq şəraitində işləyərək, birgə maraqların təmin olunmasına çalışdığını görmək olar. “Bu, dəyişməz olaraq qalacaq.”-deyə o əlavə edib.

O bildirib ki, baş verənlərə ən yaxşı cavab Dövlət katibi Hillari Klintonun Qazaxıstanda, Astanada görüşləri ilə verilir. Filip Kroulinin sözlərinə görə, xanım Klinton Avropa ölkələri, Mərkəzi Asiya dövlətləri ilə dünyanın çox vacib bir hissəsində əməkdaşlıq və təhlükəsizlik sahələrində konstruktiv iş aparır. “Bu, Dövlət katibi Klintonun rəhbərliyi altında diplomatların hər gün gördüyü işdir. Bu, bizim hər gün görməyə davam etdiyimiz işdir.”-deyə Filip Krouli fikrini tamamlayıb.

O deyib ki, məxfi sənədlərin açıqlanması Birləşmiş Ştatlar və əməkdaşlıq aparılan ölkələr üçün risk təşkil edir. Filip Kroulinin bildirdiyinə görə, Birləşmiş Ştatlar başqa ölkələrin hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri ilə özəl danışıqlarını əks etdirən sənədlərin açıqlanmasının real insanları və real maraqları böyük risk altına qoymasından narahatdır.

O bildirib ki, sənədlərin açıqlana biləcəyini əvvəlcədən təxmin edərək, ABŞ öz mənbələrini xəbərdar edib. “Biz dünya ölkələrində baş verən hadisələri düzgün başa düşməyimizə kömək edən bu insanları qorumaq üçün əlimizdən gələni edəcəyik.”

Filip Krouli deyib ki, Dövlət katibi Klintonun Astanada nümayiş etdirdiyi kimi, ABŞ bu ölkələrlə tam əməkdaşlıq edəcək. “Bizim maraqlarımız dəyişməyib, bunlar qarşılıqlı maraqlardır. Və biz də dəyişmirik. Biz bu ölkələrlə işi davam etdirəcəyik. Biz əməkdaşlığı davam etdirəcəyik. Biz dünya ölkələrilə, müttəfiqlərlə, dostlarla bizim insanlarımızın və dünyada insanların qarşılaşdığı problemlərin həllinə çalışaraq, birgə işi davam etdirəcəyik.”-deyə Filip Krouli bəyan edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG