Accessibility links

Dinara Yunus: Qorxuram ki, bir daha onları görə bilməyəcəm [Video]


Konqresdə Azərbaycana dair brifinq
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Çərşənbə günü ABŞ Senatında Azərbaycanda insan hüquqlarının durumuna dair brifinq keçirilib.

Senat insan haqları kokusunda təşkil olunan tədbirin xüsusi qonağı hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunusların qızı Dinara Yunus olub.

Onlar vəfat etsə, buna kim cavabdeh olacaq? Onları həbsə atanlarmı, yoxsa bunların baş verməsinə göz yumanlarmı?

Tədbirdə ilk çıxış edən Dinara Yunus auditoriyanı valideyinlərinin vəziyyəti barədə məlumatlandırıb. O, Leyla və Arif Yunusun Azərbaycan üçün böyük işlər gördüyünü və vətənə sevgi bəslədiklərini bildirib. Onun sözlərinə görə, valideyinlərinə qarşı təzyiq və təhdid nəticəsində istəmədən Azərbaycanı tərk edərək başqa bir ölkədə yerləşmək məcburiyyətində qalıb. Artıq bir ildən çoxdur ki, Dinara Yunusun nə valideyinlərini görmək, nə də onlarla danışmaq imkanı olub.

"Mən qorxuram. Onların vəziyyətindən, səhhətindən çox qorxuram. Qorxuram ki, onlar türmədə öləcəklər və mən bir daha onları görə bilməyəcəm."

"Onlar vəfat etsə, buna kim cavabdeh olacaq? Onları həbsə atanlarmı, yoxsa bunların baş verməsinə göz yumanlarmı?" Dinara sual edib.

Dinara Yunusdan əlavə brifinqdə sabiq ABŞ səfiri Riçard Kazlariç, Milli Demokratiya Fondunun nümayəndəsi Miriam Lanskoy və Freedom House-dan Tamara Qriqoryeva çıxış ediblər.

Senat insan haqları kokusunda brifinq
Senat insan haqları kokusunda brifinq

Miriam Lanskoy Yunusları illərdir tanıdığını və onların Azərbaycan üçün çox mühüm işlər gördüyünü vurğulayıb. Miriam Lanskoy həmçinin Azərbaycanda həbsdə olan digər məhbusların da adlarını çəkərək, onların həbsdə üzləşdiyi haqsızlıqlardan bəhs edib. Xanım Lanskoyun sözlərinə görə, Azərbaycanda təqiblər əsasən 2014-cü ildə şiddətlənib, media orqanları, müstəqil mətbuat, qeyri-hökümət təşkilatları daha çox təzyiq və sərtləşdirilmiş qanunlarla üzləşib.

Miriam Lanskoy noyabrın 1-də keçiriləcək parlament seçkilərindən də söz açıb. O, seçkiləri müşahidə edəcək heç bir müstəqil qurum və ya monitorinq qrupunun olmayacağını deyib. Ölkədəki yerli müşahidəçilərin fəaliyyəti də məhdudlaşdırılır ki, bu, seçkilərdə bir sıra qanun pozuntularına yol verildiyinin göstəricisidir.

Sonda xanım Lanskoy Azərbaycanın Qərblə olan münasibətlərindən bəhs edib. O, Azərbaycanın, əsasən də Dağlıq Qarabağın Rusiya tərəfindən təhlükə altında olduğunu bildirərək, buna səbəb olaraq Rusiyanın yaxın vaxtda Krımı ilhaq etməsini və uzun zamandır Cənubi Osetiya üzərində olan iddiasını göstərib.

"Azərbaycanın digər qüvvələrə əks-balans olaraq Qərbə ehtiyacı var,"- deyə o vurğulayıb.

Freedom House təşkilatını təmsil edən Tamara Qriqoriyeva Azərbaycandakı mətbuat durumundan danışıb. Onun bildirdiyinə görə, Azərbaycanda mətbuat azadlığı qeyb olur. Hökümət müstəqil qəzetlərə və jurnalistlərə təzyiq göstərir. Tamara xanım azad mətbuat olmadan bir ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib.

"Azərbaycan mühüm bir tərəfdaş olsa da, çox böyük insan haqları pozuntularına yol verir. Bu vəziyyət düzəlməyənədək Azərbaycan hökümətinə etibar etmək olmaz."

Yunusları həbsə salmış Azərbaycan rəsmilərinə maliyyə sanksiyaları tətbiq edilməlidir.
Riçard Kazlariç

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç həmçinin Azərbaycan-ABŞ münasibətlərindən söz açıb. Onun bildirdiyinə görə, Azərbaycan mühüm regionda yerləşdiyi üçün strateji tərəfdaşdır, amma bu tərəfdaşlıq özü ilə öhdəlik daşıyır, yəni iki ölkənin tərəfdaş olması üçün onlar eyni dəyərlərə inanmalıdır ki, Azərbaycan müstəqil səsləri boğaraq Qərb dövlətlərinin vacib hesab etdiyi dəyərlərə inanmadığını göstərir.

Sabiq səfir siyasi məhbusları azad etməsi və islahatlar aparması üçün Qərbin Azərbaycan hökümətinə təzyiq göstərməsinə çağırıb. Onun fikrincə isə bunun ən yaxşı yolu müstəqil və müxalif səsləri təqib edənlərə qarşı maliyyə sansksiyalarının və səyahət qadağalarının tətbiq olunmasıdır.

McCain Beynəlxalq Liderlik İnstitutunun əməkdaşı David Kramer brifinqə moderatorluq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG