Accessibility links

Gürcüstan gömrükçüləri Azərbaycandan keçirilən böyük miqdarda brilyantı saxlayıb [Video]


Brilyant
Brilyant

Azərbaycan ərazisindən Gürcüstana keçirilən böyük miqdarda brilyant qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Məlumata görə, noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər. Onlar özləri ilə 557 ədəd brilyantı sərhəddən keçirməyə nail olublar. Brilyant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb.

Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir.

Sayt bildirir ki, 2 il əvvəl Azərbaycandan maye halında keçirilən 3 ton heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG