Accessibility links

“Blackgang Chine“ parkının dinozavrları [Video]


“Blackgang Chine“ parkının dinozavrları
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Uayt adasının parkındakı dinozavrlar oranı ziyarət edənlərin diqqətini çəkir. 1843-cü ildə təməli qoyulan “Blackgang Chine“ Britaniya adasının cənubunda yerləşir və bu ada özünün təbii ölçülü, gəzə, quyruqlarını tərpədə və qışqıra bilən robot dinozavları ilə məşhurdur.

İngiltərənin cənubunda yerləşən Uayt adası dinozavr dövrü ilə maraqlanan alimlərin Məkkəsidir. Lakin adaya gələn ziyarətçilər çoxu adanın qədim hissəsinə gedir. Buradakı nəhəng robot dinozavrlar həmişə diqqət mərkəzində olub. Lakin buranın sahibi bu heyvanların daha real görünmələrini və onların yanından keçən insanlara reaksiya vermələrini istəyib. “Blackgang Chine“ parkının sahibi Aleksandr Dabell: “Biz bu dinozarvlardan nə istəyə bilərik? Yəni onlar daha nə edə bilərlər? Dinozavrların hərəkətinə yardım edən texnologiyanı necə inkişaf etdirə bilərik? Biz bunu düşünürük.”

İBM şirkətinin mühəndisi belə bir qərara gəldi, o, Raspberry-Pi mini-kompüterin və Vatson İnternet-in loT platformasının köməyi ilə bu heyvanlara yeni həyat verdi. Endi Stanford-Klark: “Burada gördüyümüz T-Rex buraya artıq bəzi hərəkətlərin proqramlaşdırılmış vəziyyətındə gətirilib. Yəni eyni hərəkəti dəfələrlə təkrarlayır. Lakin biz buna Raspberry-Pi tənzimləyicisi əlavə etdikdə bu heyvanlar nərildəyə və ya quyruqlarını tərpədə bilir.”

Və yalnız bu deyil. Yeni texnologoya dinozavr dpövründəki hava şəraitini, təbii fəlakətləri və digər hadisələri də görməyə imkan verir. Burada işləyən qrup bu parkı daha da cəlbedici etməyə çalışır. “Biz auditoriyanı cəlb edəcək əlavə şeylər axtarırıq. Məsələn, dirəklərin sınması və onun ardıcıllığı kimi işlərlə interaktivliyi yüksəltməyə çalışırıq" deyə, Aleksandr Dabell bildirir.

Bu əyləncə parkı nəsli kəsilmiş dinozavrları bu yolla bir də həyata qaytarmaq istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG