Accessibility links

Londondan 30 km şimalda məcrasından çıxan Temza çayı sahil şəhərləri sellərə qərq etdikdən sonra rəsmilər yeni daşqınlara dair 14 dəfə xəbərdarlıq ediblər. Son xəbərdarlıqlar ölkənin baş naziri David Kameronun təbii fəlakətin ziyan vurduğu bölgəyə son üç gündə ikinci səfərindən sonra edilir.

​Sinoptiklərin dediyinə görə, bölgəyə yağacaq yağışlar minlərlə evi risk qarşısında qoyacaq. 2003-cü ildə də həmin regiona yağan yağışlar nəticəsində daşqınlar rekord səviyyəyə çatmışdı.

Dekabr ayından bəri fırtına və yüksək dalğalar Britaniyanın yollarını və infrastrukturunu sıradan çıxarıb, çənub-qərb şəhəri Plimutla İngiltərənin digər şəhərləri arasında dəmir yol nəqliyyatının dayanmasına səbəb olub.

Sinoptiklər bunun son 250 ildə ən yaş qış fəsli olduğunu deyirlər.
XS
SM
MD
LG