Accessibility links

Britaniyanın baş naziri Hindistana səfər edir


Britaniyanın baş naziri Tereza Mey Hindistana səfər edir. İyul ayında vəzifəsinə başlayan baş nazirin bu ölkəyə ilk səfərinin məqsədi Avropa Birliyindən kənar iki ölkə arasında əlaqələrin möhkəmlənməsidir.

Kiçik və orta biznes nümayəndə heyətinin müşayiəti ilə Hindistana iki günlük səfəri zamanı xanım Mey həmkarı Narendra Modi ilə görüşəcək və iqtisadiyyatı sürətlə inkişaf edən bu ölkənin iqtisadiyyatı ilə bağlı müzakirələr aparacaq.

Britaniyanın 2019-cü ildə Avropa İttifaqına üzvlükdən çıxmayanadək heç bir ikitərəfli ticari müqavilə bağlaya bilməməsinə baxmayaraq, baş nazir Meyin bu səfəri artıq Britaniyanın özünə iqtisadi tərəfdaşlar axtarmağa başladığına işarədir.

Tereza Meyin Dehlidə sərt tələblərlə üzləşəcəyi də gözlənilir. Çox guman ki, Hindistan tərəfi baş nazirdən qabiliyyətli tələbələrin və yüksək ixtisaslı işçiləri Britaniyaya qəbul etməsini tələb edəcək. Xatırladaq ki, bu, Tereza Meyin mühacirətlə bağlı fikirlərinə ziddir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG