Accessibility links

Təhlil: Böyük Britaniyada müsəlmanlara qarşı nifrət xeyli artıb [Video]


Britaniyada müsəlmanlara nifrət artır
please wait

No media source currently available

0:00 0:02:58 0:00
Keçən il Britaniyada müsəlmanlara qarşı törədilən iki hücum icma liderlərinin narahatlığına və hökuməti siyasəti dəyişmək çağırışlarına səbəb olub. Rəsmilər və müsəlman icmasının liderləri baş verənləri videoya alınmış insidentlə əlaqələndirirlər. Həmin videoda britaniyalı əsgəri qətlə yetirən müsəlmanlar bunu İslam adından etdiklərini deyirlər.

Lakin “Etiqad Məsələləri” təşkilatının direktoru Fəyaz Moqal hesab edir ki, Britaniyada müsəlmanlara nifrətin bu insidentlə məhdudlaşmır. “Müsəlmanlara qarşı nifrət dolu sentimentlər ümumi bəzi dairələrdəki əhval ruhiyyədə hiss olunur. Təəssüflər olsun ki, müsəlmanlara qarşı niifrətlə bağlı narahatedici göstəricilər mövcuddur və yaxın gələcəkdə dəyişməyəcək.”

Təhlilçilərin dediyinə görə. müsəlmanlara qarşı hücumlar əsasən təhqirlər və divarlardakı təhqiramiz qrafitilər vasitəsilə ifadə olunur. Londonun şimal bölgəsindəki məscidə donuz başı atılması da daxil edilməklə, şəhərdə bəzi məscidlər hücumlara məruz qalıb.

“Britaniya Müsəlman Assosiasiyası”nın prezidenti Ömər Həmdun kimi liderlər yayılan nifrətin icmaya təsirlərindən narahatdırlar. “Müsəlmanların sayının artması o deməkdir ki, müsəlmanlar özlərini cəmiyyətin bir parçası hiss etməlidirlər. Buna görə də biz anti-müsəlman, yaxud İslamafobiyaya qarşı nifrət problemini həll etməliyik.”

Lakin o, bunun bəzən çox çətin olduğunu deyir. “Bir müsəlman kimi bizim də öz təcrübəmiz var və biz nə istədiyimizi bilirik. Bizim öz ehtiyaclarımız var və buna görə də mən bizim inteqrasiya etməyimizin çətin olduğunu düşünürəm.”

Britaniyada sayı 1.6 milyona qədər olan müsəlmanlar əhalinin 3 faizini təşkil edir. Bu, isə onların gündəlik həyatın bir parçası olması deməkdir. Lakin müsəlman icmalarının liderləri bir ovuc ekstremistin və Yaxın Şərqdəki böhranın gərginlikləri daha da artırdığını deyir. “Təəssüflər olsun ki, Avropada nifrət cərəyanı sezilir. Bu nədirsə Avropada başqasını qəbul etməmək cəmiyyətin bir xüsusiyyətidir.”

Moqal deyir ki, Britaniyanın nifrət ifadələrinə qarşı bir il bundan əvvəl qəbul etdiyi qanununa əməl olunmalı, anti-müsəlman insidentlərinin qarşısının alınmasında gərgin polis işi aparılmalı və hakimlər bu növ cinayət törədənlərə qarşı sərt olmalıdırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG