Accessibility links

Üsyançılar tərəfindən saxlanılan Britaniya diplomatları Liviyanı tərk edib (YENİLƏNİB)


Üsyançılar tərəfindən saxlanılan Britaniya diplomatları Liviyanı tərk edib (YENİLƏNİB)
Üsyançılar tərəfindən saxlanılan Britaniya diplomatları Liviyanı tərk edib (YENİLƏNİB)

Britaniyanın tərkibində xüsusi təyinatlı qüvvələrin əsgərlərinin də olduğu diplomatlardan ibarət qrupu Liviyanı tərk edib. Diplomatlar Benqazi yaxınlığında üsyançılar tərəfindən saxlandıqdan sonra bu gün ölkədən çıxıb. Britaniya qrupda xüsusi təyinatlı qüvvələrin olduğunu təsdiq etməyib. Lakin Xarici İşlər naziri Vilyam Heyq deyib ki, Britaniya üsyançıların liderləri ilə görüşmək üçün daha bir nümayəndə heyəti göndərəcək.

Britaniyanın Sunday Times qəzetinin verdiyi məlumata görə, üsyançılar xarici qüvvələrin Liviyada olmasından qəzəblənib. Onlar Liviya lideri Müəmmar Qəzzafinin qərb hərbiçilərinin ölkədə mövcudluğundan rejim əleyhinə hərəkata qarşı bəhanı kimi istifadə edəcəyindən ehtiyat edir.

XS
SM
MD
LG