Accessibility links

Merdok media qalmaqalı ilə əlaqədar üzr istədi (YENİLƏNİB)


Merdok media qalmaqalı ilə əlaqədar üzr istədi (YENİLƏNİB)
Merdok media qalmaqalı ilə əlaqədar üzr istədi (YENİLƏNİB)

Britaniyada açıqlanmış məlumatlara görə, baş nazir Deyvid Kameron Rupert Merdokun media imperiyasında yüksək vəzifəli icraçı direktorlarla yaxın əlaqələrə malik olub. Cənab Kameron 14 ay bundan əvvəl baş nazir olduqdan sonra Merdokun New Corporation media şirkətinin rəsmiləri ilə 26 dəfə görüşdüyünü bildirib. Bu gün media maqnatı Rupert Merdok News of the World qəzetində telefon dinləmələri və polisə rüşvət verilməsi ilə bağlı qalmaqalla əlaqədar Britaniya mətbuatında üzrxahlıq məktubu dərc edib. Merdokun imzası ilə bu gün dərc olunan məktubda onun özü və rəhbərlik etdiyi News Corporation beynəlxalq media holdinqinin cidi pozuntulara və jurnalistlərin telefon danışıqlarını dinləməsi və polisə rüşvət verilməsi hallarının təsirinə məruz qalan insanların vəziyyətinə görə təəssüf hissi keçirdiyi deyilir. Rupert Merdok News of the World qəzetini keçnə həftə bağlamalı olmuşdu. Bu üzrxahlıqlar qalmaqalla əlaqədar ABŞ-ın media qrupu Dow Jones-a rəhbərlik edən Les Hintonun öz vəzifəsindən istefa verməsindən sonra açıqlanır. Dow Jones Merdokun News Corporation holdinqinə daxildir.

XS
SM
MD
LG