Accessibility links

Britaniyanın iki aparıcı müxalifət partiyası yeni hökumətin təşkilinə dair danışıqlar aparır


Britaniyanın iki aparıcı müxalifət partiyası yeni hökumətin təşkilinə dair danışıqlar aparır

Britaniyanın iki aparıcı müxalifət partiyası yeni hökumətin təşkilinə dair danışıqlar aparır

Seçkilərdə birinci yerdə gedən Mühafizəkarlar və üçünçü yerə çıxan Liberal Demokratların vasitəçiləri bu gün danışıqların ikinci raundunu keçirir

Britaniyanın iki aparıcı müxalifət partiyası keçən həftə seçkilərdə qalib müəyyən edilmədikdən sonra hakimiyyətin bölüşdürüldüyü yeni hökumətin yaradılmasına dair danışıqları davam etdiri.

Seçkilərdə birinci yerdə gedən Mühafizəkarlar və üçünçü yerə çıxan Liberal Demokratların vasitəçiləri bu gün danışıqların ikinci raundunu keçirir.

Mühafizəkarlar partiyasının lideri Deyvid Kamerun və Liberal Demokratların lideri Nik Kleqq dünən danışıqların birinci raundunda təkbətək görüşüblər.

Kamerunun Mühafizəkarlar partiyası parlamentdə 360 yer qazanıb, lakin əksəriyyətdə əldə etmək üçün partiyaya 20 yer çatmayıb. Mühafizəkarlar 57 yeri tutmuş Liberal Demokratlarla birləşə biləcəklərinə ümid bəsləyir.

Parlamentdə 91 yer tutmuş Leyborist partiyasına mənsub olan baş nazir Qordon Braun deyib ki, o, Liberal Demokratlar Mühafizəkarlarla birlik əldə edə bilməsə, onlarla yeni hökuməti təşkil etmək istərdi.

XS
SM
MD
LG