Accessibility links

Britaniya şahzadəsi Vilyam nişanlanıb

  • Amerikanın səsi

Britaniya şahzadəsi Vilyam nişanlanıb

Britaniya şahzadəsi Vilyam nişanlanıb

Britaniya şahzadəsi Vilyam uzun müddətdir qız dostu olan Keyt Middltonla nişanlanıb. Onların keçən ay Keniyada tətildə olduqları zamanı nişanlandıqları və gələn il Londona evlənəcəkləri bildirilir. Şahzadə Vilyam atası şahzadə Çarlzdan sonra İngiltərə taxtının vəliəhd kimi ikinci yerdədir. 28 yaşlı Vilyam və onun nişanlısı doqquz il bundan əvvəl Şotlandiyada Müqəddəs Endrüs universitetində təhsil alarkən tanış olublar. Evləndikdən sonra onlar şahzadə Vilyamın xidmət etdiyi Kral Hərbi Hava Qüvvələrinin yerləşdiyi Uelsin şimalında yaşayacaqlar.

XS
SM
MD
LG