Accessibility links


Britaniya şahzadəsi Vilyam və onun xanımı Ketrin ilk övladlarını gözləyir. Britaniya sarayının açıqladığı bəyanatda Kembric hersoqu və hersoginyası kimi tanınan Vilyam və Ketrinin övladı olacağını və onların hər ikisinin ailələrinin bu xəbəri eşitməyə şad olduqları deyilir. Bəyanatda 30 yaşlı Ketrinin shər özünü piss etdikdən sonra Londondakı Kral Yeddinci Edvard adına xəstəxanaya aparıldığı bildirilir. Ketrinin ilkin hamimilik dövründə olduğu və bir neçə gün xəstəxanada qalacağı haqda xəbər verilir.

Kraliça Yelizavetanın nəvəsi olan şahzadə Vilyam atası şahzadə Çarlzdan sonra taxta sahib olmaq üçün sırada ikincidir. Vilyam və Ketrinin uşağının cinsindən asılı olmayaraq o, monarxiya ardıcıllığında üçüncü yerə keçəcək.

Keçən il Britaniya və Britaniya idarəsini tanıyan ölkələrin birliyi monarxiya ardıcıllığında qadınlara kişilərlə bərabər statusun verilməsinə yeni qaydalar qəbul edib. Əvvəlki qaydalara əsasən, bu üstünlük yalnız kişilərə tətbiq edilirdi.

Vilyam və Keyt Middlton 2011-ci ildə aprelin 29-da evləniblər. Onların televiziyada vasitəsilə yayımlanan toy mərasimini dünya ölkələrində 2 milyard insan izləyib.
XS
SM
MD
LG