Accessibility links

Britaniyanın Baş naziri Deyvid Kamerun gələn il Moskvaya səfər edəcək

  • Amerikanın səsi

Britaniyanın Baş naziri Deyvid Kamerun gələn il Moskvaya səfər edəcək

Britaniyanın Baş naziri Deyvid Kamerun gələn il Moskvaya səfər edəcək

Britaniyanın Baş naziri Deyvid Kamerun iki ölkə arasında münasibətləri gücləndirmək məqsədilə gələn il Rusiyaya səfər edəcəyini bildirib. Cənab Kamerun və onun rusiyalı həmkarı Dmitri Medvedev bu açıqlamanı bu gün Cənubi Koreya paytaxtı Seulda Böyük 20-lərin sammiti çərçivəsində danışıqlarından sonra veriblər. Liderlər Koreya yarımadasında təhlükəsizliklə bağlı narahatlıqlar, habelə İranın nüvə proqramını müzakirə ediblər. Cənab Medvedev deyib ki, iki ölkə bir sıra məsələlərdə son zamanlar yaxın əməkdaşlıq aparır. Rusiya və Britaniya arasında münasibətlər dörd il bundan əvvəl Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş agenti Aleksandr Litvinenkonun Londonda zəhərlənərək öldürülməsindən sonra gərginləşmişdir.

XS
SM
MD
LG