Accessibility links

Britaniya Rusiyaya qarşı sanksiyaların gücləndirilə biləcəyini bildlirib


Britaniyanın baş naziri David Kameron deyib ki, Rusiya Ukraynada qanunsuz hərəkətlərinə son qoymasa, gələcəkdə onun dünya ölkələri ilə münasibətləri köklü şəkildə dəyişə bilər. Bazar ertəsi etdiyi çıxışı zamanı cənab Kameron deyib ki, Berlin divarının yıxılmasından 25 il sonra Rusiyanın başqa bir dövlətin suverenliyini pozması Avropanın digər ölkələri üçün də hədə deməkdir.

Cənab Kameron Böyük 20-lərin Avstriyada yığıncağı zamanı prezident Vladimir Putinə Ukraynada müdaxiləni dayandırmadığı təqdirdə Britaniya və onun müttəfiqlərinin Rusiyaya təzyiqləri artıracağını deyəcəyinə söz verib.

ABŞ Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir.

Rusiya dəfələrlə Ukraynanın şərqində hərbi əməliyyatlarda rəsmi olaraq iştirak etmədiyini deyib. Moskva Rusiya tərəfdarı separatçılara yardım edən rus əsgərlərinin könüllülər olduğunu bildirib.

XS
SM
MD
LG