Accessibility links

Britaniyada ultra-sağçı cərəyan güclənir [Video]


Ekstremist qruplar müsəlmanlara düşmən gözü ilə baxırlar

Anders Breyvik adlı şəxs 2011-ci ilin iyul ayında Norveçin Əmək Partiyasının maliyyələşdirdiyi düşərgəyə hücum edərək, çoxu yeniyetmə olmaqla, 77 nəfəri qətlə yetirdi. Breyvik bunu Norveç və Avropada baş verəcək İslamlaşmanın qarşısını almaq üçün etdiyini deyir.

Bu hücumdan sonra Britaniyanın anti-terror strategiyasına sağçı ekstremistlər də əlavə olundu. Britaniyanın Cinayət və Təhlükəsizlik naziri Ceyms Brokenşayr hökumətin radikalizmlə bağlı 10 cinayət işindən heç olmasa birinin ultra-sağçılarla bağlı olduğunu deyir. “Buna əhəmiyyət verməmək olmaz. Bu yaxınlarda İngiltərədə avtobus sürücüsündən aşkar edilən çox sayda silah-sursatın səbəbi bu ideologiyaya əsaslanır. 2010-cu ildə iki nəfər insanları zəhərləmə yolu ilə terror hücumu hazırladıqlarına, bir nəfər isə terroçu nəşrlər yaydığına görə həbs edildi.”

Təhqiqatlar Anders Breyvikin Ultra-Sağçı şəbəkəsinin üzvü olmadığını, lakin internetdə millətçi və İslamafobik forumlarda fəal iştirak etdiyini göstərib.

Aleksandr Mileqro-Hitçen London Kral Kollecinin Beynəlxalq Radikalızm Araşdırmalar Mərkəzinin təhqiqat qrupuna rəhbərlik edir. “Breyvikin hücumu həyata keçirdikdən sonra anti-cihadçılar hücumun mülki vətəndaşlara edildiyinə qarşı olduqlarını deyərək, eyni zamanda buna bir təhər don geyindirməyə çalışdılar. Bir sözlə onlar “bizə qulaq asmayanları bu aqibət gözləyir” demək istədilər.”

Breyvik İslama qarşı olan İngilis Müdafiə Liqasında məşhurlaşdı. İngilis Müdafiə Liqası Avropa boyu özünə bənzər qurumların yaranmasına yardım etdi.

Keçən ilin avqust ayında Avropanın müxtəlif bölgələrindən olan ultra-sağçılar İşveçdə, Stokholmda toplaşdılar. Onların arasında İngilis Müdafiə Liqasının təsisçisi, özünü Tommi Robinson adlandıran şəxs də var idi. “Biz birlikdə vahid ideologiya, resurslarımızı paylaşırıq və gələcək 12 ayda İslam haqda həqiqəti ortaya çıxaracağıq.” deyə, Robinson bildirir.

Aleksandr Meleqro-Hitçens “Cihada qarşı” hərəkatın 20-ci əsrdə fəaliyyət göstərən ultra-sağçı qruplardan fərqli olduğunu və yalnız İslama spesifik münasibət bəslədiyini deyir. “Bu hərəkat 11 Sentyabr hadisələrindən sonra çox sayda yaranan hərəkatlardan biridir. Buraya Avropaya kütləvi mühacirət məsələsi də daxil edilməklə, digər məsələlər də daxildir.”

Britaniya hökuməti ultra-sağçıların törətdiyi təhlükənin Əl-Qaidadan fərqli olduğunu bildirsə də bəzi hallarda onların İslamçılarla oxşar düşüncə təzrinə malik olduğunu deyir.
XS
SM
MD
LG