Accessibility links

Kanal-4 bir ay hər gecə saat 3-də üç dəqiqəlik azan yayımlayacaq

Britaniyanın əsas telekanallarından biri Ramazan ayı müddətində hər səhər müsəlmanlar üçün canlı Azan yayımlamağa qərar verib. Kanal-4 İslamı adətən ekstremizmlə əlaqələndirən cəmiyyətdə bu addımın bilərəkdən atıldığını vurğulayır.

Kanal-4 bir ay, orucun tutulduğu müddətdə hər gecə saat 3-də üç dəqiqəlik azan yayımlayacaq. Qalan dörd azana isə vebsayt vasitəsi ilə qulaq asmaq olar.

Proqramistlər bunun Britaniyada İslam haqda təsəvvürləri dəyişməyə və cəmiyyəti İslam barədə məlumatlandırmağa yönəldiyini deyirlər.



Usama Həsən Londonda yerləşən Quilliam Fondunun İslam Araşdırmalar Mərkəzində baş tədqiqatçıdır. O, belə bir xəbərin Britaniyadakı müsəlmanlar arasında səs-küyə səbəb olduğunu deyir. “Mən müsəlman diskussiyalarına Onlaynda və bloqlarda baxıram. Kanal-4-ün Ramazanla bağlı açıqlaması geniş diskussiyalara səbəb olub. Bundan əvvəl insanlar dua vaxtı çatanda müsəlman proqramlarına peyk kanallarında baxırdılarsa, indi alternativ Kanal-4-ə də baxa bilərlər.”

Həsən bu qərarın gənc müsəlmanlar üçün də çox vacib olduğunu deyir.
Britaniyada aparılan son rəy sorğuları hər 25 yaşlarındakı 10 nəfərdən birinin müsəlman olduğunu göstərir. Kanal-4 bu yaş qrupundakı dinləyicilərin çoxluq təşkil edəcəyi üçün belə bir qərara gəldiyini deyir.

Həsən Britaniyadakı gənc müsəlmanların 2001-ci il 11 sentyabr ABŞ-a və 2005-ci il Britaniyaya edilən terror hücumlarının formalaşdırdığı fikirlər mühitində böyüdüklərini deyir. O deyir ki, gənc müsəlmanlar Britaniya ictimaiyyətinə inteqrasiya olunmalıdırlar.

Kanal-4-ün qərarı zidiyyətsiz deyil. Sağçı qruplar və bəzi media orqanları bu xəbəri həyəcan və narazılıqla qarşılayıblar. Britaniyanın ultra-sağşı “Britaniya Birinci” qrupunun sədr müavini Endryu Makbrid bu proqramı “İslam təbliğatı” adlandıraraq, qrupun buna qarşı kampaniyaya başladığını və artıq 5000-ə qədər imza topladığını deyir. “Britaniyada ərəb dilində Azanın yayımlanması məni də, çoxlarını da qıcıqlandırar.”

Britaniyanın müsəlman icmalarının bəzi üzvləri isə iddia edirlər ki, belə bir addım atmaqla Kanal-4 özünə reytinq qazandırmaq və qalmaqal yaratmaq istəyir.

Kanal-4 eləcə də Ramazan ayında İslamla və Britaniyadakı müsəlmanlarla bağlı bir sıra sənədli filmlər də nümayiş etdirəcəyini bildirib.

Show comments

XS
SM
MD
LG