Accessibility links

Britaniya şahzadəsi Filip xəstəxanadan təxris olunub


Böyük Britaniya şahzadəsi Filip qısa müddətli xəstəlikdən sonra Şotlandiyadakı xəstəxanadan təxris olunub.

Aberdin Kral Xəstəxanasında beş gün ərzində sidik kisəsi infeksiyasından müalicə olunan şahzadə Elizabetin 91 yaşlı həyat yoldaşı xəstəxananın həyətində gülümsəyərək həkim və xəstəxana heyətinin əlini sıxıb.

O, avtomobillə şahzadə və ailəsinin istirahətinə yenidən qoşulmaq üçün Balmoral qəsrinə yola düşüb.

Şahzadə Filip bu il ərzində artıq ikinci dəfədir ki, sidik kisəsi infeksiyası ilə xəstəxanaya yerləşdirilib. O, ilk dəfə şahzadə Elizabet hakimiyyətinin 60 illik yubiley tədbirləri zamanı xəstəxanaya yerləşdirilib.

Şahzadə Filip keçən ilin dekabr ayında qapanmış arteriyanın təmizlənməsi əməliyyatı ərzində 4 gün xəstəxanada olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG