Accessibility links

Britaniya şahzadəsi Herri dünən gecə Vaşinqtonda mükafatlandırılma mərasimində İraq və Əfqanıstan müharibələri veteranlarına dəstək verilməsinə çağırıb. 27 yaşlı şahzadə əlil veteranların treyninqi ilə məşğul olan fonddakı işinə görə Atlantik Şurasının humanitar mükafatına layiq görülüb.

Fond Herri və onun böyük qardaşı şahzadə Ulyamla bərabər təsis edilib. Qardaşların ikisi də Britaniya ordusunun zabitidir. Şahzadə Herri 2008-ci ildə Əfqanıstanda vertolyot pilotu kimi xidmət göstərmişdi. Lakin təyinatı aşkar edildikdən bir neçə həftə sonra xidmətini dayandırmalı olmuşdu.

XS
SM
MD
LG