Accessibility links

Avropa İttifaqı Britaniyasız gələcəyə hazırlaşır [Video]


Britaniyanın Avropa İttifaqını tərk etmək haqda tarixi qərarından sonra Avropa liderləri Britaniyasız gələcəyi planlaşdırmağa başlayıb və Britaniyanı özünü ittifaqın digər 27 ölkəsindən uzaqlaşdırmağa çağırır. Britaniyanın baş naziri Deyvid Kameron Avropa İttifaqı liderləri ilə post-Brexit gələcəyi müzakirə etmək üçün Brüsselə səfər edib.

Avropa İttifaqı Böyük Britaniyanın qurumdan çıxmasının öhdəsindən gələcək, 27 üzvlə yoluna davam edəcək və öz maraqlarını bütün dünyada təmsil etməyə davam edə biləcək qədər güclüdür.

Almaniya kansleri Angela Merkel deyib ki, Britaniya Avropa İtitfaqının imtiyazlarını itirsə də, NATO-da yaxın müttəfiq olaraq qalacaq. Almaniya parlamenti qarşısında çıxış edən Merkel Avropa İttifaqının Britaniyasız gələcəyinə etimadını ifadə edib.

“Avropa İttifaqı Böyük Britaniyanın qurumdan çıxmasının öhdəsindən gələcək, 27 üzvlə yoluna davam edəcək və öz maraqlarını bütün dünyada təmsil etməyə davam edə biləcək qədər güclüdür,” deyə xanım Merkel bildirib.

Bu çıxışdan sonra Merkel Avropa İttifaqının fövqəladə iclasında iştirak etmək üçün Brüsselə yola düşüb.

Brüsseldə görüşə gələn Britaniyanın baş naziri Deyvid Kameron Britaniyanın Avropa İttifaqından çıxması qərarı ilə bağlı danışıqların mümkün qədər konstruktiv olacağına ümid bəslədiyini deyib.

Avropa İttifaqını tərk etsək də, biz Avropaya arxamızı çevirməməliyik. Bu ölkələr bizim qonşularımız, dostlarımız, müttəfiqlərimiz və tərəfaşlarımızdır.

“Avropa İttifaqını tərk etsək də, biz Avropaya arxamızı çevirməməliyik. Bu ölkələr bizim qonşularımız, dostlarımız, müttəfiqlərimiz və tərəfaşlarımızdır. Mən ümid edirəm ki, biz ticarət, əməkdaşlıq və təhlükəsizlik sahələrində yaxın münasibətlər quracağıq,” deyə cənab Kameron bildirib.

Britaniya keçən həftə Avropa İttifaqından çıxmaqla bağlı səs verib, ancaq Kameron deyib ki, çıxış prosesinin başlaması üçün Britaniya parlamenti bu qərarı ratifikasiya etməlidir.

Kameron referendumun nəticələrinə hörmətlə yanaşdığını deyib və vəzifəsindən istefa verəcəyini açıqlayıb.

XS
SM
MD
LG