Accessibility links

Qlobal maliyyə bazarları Britaniyada səsverməyə reaksiya verir


Britaniyada referendumda Avropa İttifaqından çıxmaq haqda presedenti olmayan səsvermədən sonra qlobal fond birjalarında təlatüm yaranıb, neft qiymətləri düşüb, Britaniyanın valyutası isə son 30 ildə ən aşağı səvyyəyə enib. Narahat investorların daha əlverişli maliyyə yatırımları axtarması qızılın qiymətinin artmasına səbəb olub.

Avropa bazarlarında kəskin enmə müşahidə edilib və fyuçers müqavilələri ABŞ-da birjada enmənin olacağını təxmin etməyə əsas verir. Bloomberg maliyyə xəbərləri xidməti Asiya regionunda cümə günü sövdələşmələr zamanı 700 milyard dollar itki olduğunu təxmin edir. Yaponiyanın maliyyə bazarlarında kəskin enmə rəsmilərini birja sövdələşmələrində qısa müddətdə fasilə verməyə vadar verib. Tokio birjasında Nikkei indeksi 8 faizdən çox düşüb, Yaponiyanın valyutası Yen isə ABŞ dollarına nisbətdə 8 faiz dəyər itirib. Honq Konqda və Cənubi Koreyada da birjada üç faizdən bir qədər çox enmə müşahidə edilib.

Kredit dərəcələndirmə təşkilatları Britaniya iqtisadiyyatının Avropa İttifaqından çıxmaqla zərərə məruz qalacağını bidirib. Moody’s kredit dərəcələndirmə təşkilatı səsvermənin uzun müddətli iqtisadi “qeyri-müəyyənliyə” işarə etdiyini, S&P isə bunun Britaniyanın reytinqinə təsiri olaca biləcəyini bildirib. Fitch dərəcələndirmə təşkilatı səsvermənin kredit fəaliyyətinə mənfi təsirini olacağını bildirib.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Britaniya və Avropa İttifaqını yeni iqtisadi əlaqələrə keçidi təmin etmək üçün birgə işləməyə çağırıb. O, Beynəlxalq Valyuta Fondunun Britaniyanın Mərkəzi Bankı və Avropa Mərkəzi Bankının kreditlərin veriməsini təmin etmək üçün üzərlərinə götürdüyü təəhhüdlərə dəstəyini ifadə edib. Qeyri-müəyyənlik böhranlı dövrlərdə kredit verilməsini adətən dayandıran kreditorlar və inversteorların narahatlığına səbəb olub. İngiltərə Bankı maliyyə bazarlarının normal fəaliyyətini təmin etmək məqsədilə 342 milyard dollar maliyyə vəsaiti ayırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG