Accessibility links

Britaniya baş naziri Qəzzafinin hədəf alınmasına haqq qazandırdı


Britaniya baş naziri Qəzzafinin hədəf alınmasına haqq qazandırdı

Britaniya baş naziri Qəzzafinin hədəf alınmasına haqq qazandırdı

Britaniya baş naziri David Cameron deyir ki, NATO qüvvələri spesifik adamları deyil, Liviyanın komandanlıq və nəzarət strukturunu hədəf alırlar. Cənab Cameron Liviya lideri Müəmmər Qəzzafinin oğlunun NATO hava zərbəsi nəticəsində öldürülməsi haqda media xəbərlərinə şərh verməkdən imtina edib.

Liviya hökumət sözçüsü Mussa İbrahim dünən bildirib ki, Liviya rəhbərinin öldürülməsinə ediln cəhd zamanı Seyf əl Ərəb Qəzzafi və Müəmmər Qəzzafinin üç nəvəsi həlak olub.

İbrahim deyir ki, cənab Qəzzafi və onun həyat yoldaşı həmin vaxt oğullarının evində idillər, lakin onlar xəsarət almayıblar. O, deyib ki, evdə olan əlavə bir neçə adam yaralanıb.

Əraziyə aparılan müxbirlər burada xeyli dağıntının olduğunu müşahidə ediblər.

Britaniya lideri deyib ki, hədəf alma prosedurları BMT qətnaməsinə uyğundur ki, bu, da mülki vətəndaşların qorunması üçün hərbi komandanlı və nəzarət strukturlarının, o cümlədən hərbi texnikanın vurulmasına icazə verir.

XS
SM
MD
LG