Accessibility links

Deyvid Kameron istefa verəcəyi günü açıqladı


Britaniya baş naziri Deyvid Kameron deyib ki, o, çərşənbə günü istefa verərək daxili işlər naziri Teresa Meyə ölkənin növbəti lideri olmağa şərait yaradacaq.

"O, güclü, rəqabətə davamlıdır və o, idarəçiliyi tam təmin edə biləcəki ki, buna da qarşıdakı illərdə ölkənin ehtiyacı olacaq. Mən onu tam dəstəkləyirəm" - deyə Kameron bu gün jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, o, çərşənbə günü Aşağı Palatanın baş nazirə dair dinləməsinə qatılacaq.

"Bundan sonra Saraya gedərək istefa ərizəmi təqdim etməyi planlaşdırıram. Guman ki, çərşənbə günü xaşm ölkənin yeni baş naziri olacaq" - deyə o, əlavə edib.

Teresa Mey
Teresa Mey

Xatırladaq ki, Kameron ilk dəfə istefasını Brexit referendumunun nəticələri açıqlanandan dərhal sonra açıqlamışdı.

Mey və enerji naziri Andrea Lidsom Kameronu əvəzləmək üçün Mühafizəkar düşərgədə mübarizəni davam etdirirdi. Ancaq Lidsomun bu gün mübarizədən geri çəkildiyini açıqlaması ilə Mey baş nazirlik uğrunda vahid namizəd olaraq qalıb.

Təsdiq olunacağı təqdirdə Mey Marqaret Tetçerdən sonra Böyük Britaniyanın ilk qadın baş naziri olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG