Accessibility links

Britaniya höküməti Birinci Dünya Müharibəsi borclarını ödəyəcək


Britaniyanın Maliyyə naziri Corc Osborn hökümətin Birinci Dünya Müharibəsi dövründən qalmış borcların ilk partiyasını gələn il qaytarmağa başlayacağını bildirib.

Cənab Osborn deyib ki, Böyük Britaniyanın Dövlət Xəzinəsi "müharibə krediti" adlanan 3 milyon dollarlıq borcu 2015-ci ilin martın 9-da ödəyəcək.

Maliyyə naziri istiqrazların bir hissəsinin qeydiyyatdan keçirilmədiyini deyib və əlavə edib ki, istiqraz sahibləri ödəmə almaq üçün onları təhvil verməli olacaq.

O, həmçinin bildirib ki, hökümət faiz dərəcələrinin aşağı olmasından istifadə edərək, müddətsiz istiqrazlar üzrə da ödənişlər edə bilər. Bu istiqrazların bir hissəsi 18-ci əsrdə, başqa hissəsi isə İngiltərə Bankının milliləşdirilməsi dövrü buraxılıb.

XS
SM
MD
LG