Accessibility links

Böyük Britaniya, Fransa və Almaniyanın daxili işlər nazirləri Avropa Birliyinin daxili işlər və ədliyyə nazirlərini növbəti iki həftə ərzində qitədə artmaqda olan miqrant böhranı barədə növbədənkənar görüş keçirməyə çağırıb.

Nazirlər açıqladığı bəyanatda bildirib ki, onlar artan miqrant dilemmasını həll etmək üçün konkret yollar tapmaq istəyir.

Makedoniya bu ayın əvvəlində gündəlik sərhəd keçidləri ilə bağlı fövqəladə vəziyyət elan edib. Belə ki, hər gün Yunanıstandan bu ölkəyə 3 minə yaxın insan keçərək daha sonra digər Qərbi Avropa ölkələrinə istiqamət alır.

Bu gün Makedoniyada gündə iki dəfə təxminən 500 miqrantla dolu qatar ölkənin cənubundakı Qevgeliya şəhərini tərk edərək Serbiyaya keçmək üçün şimal sərhədinə gedir.

Serbiyadan isə Balkan yarımadası vasitəsilə miqrantlar növbəti ölkə olan Macarıstana üz tutur.

XS
SM
MD
LG