Accessibility links

Britaniya generalı Qəzzafiyə qarşı kampaniyanı intensivləşdirməyə çağırır


Britaniya generalı Qəzzafiyə qarşı kampaniyanı intensivləşdirməyə çağırır

Britaniya generalı Qəzzafiyə qarşı kampaniyanı intensivləşdirməyə çağırır

Britaniya silahlı qüvvələrinin rəhbəri NATO-nu Liviyadakı bombardmanın miqyasını genişləndirməyə çağırıb. O, bu çağırışı ölkədə hərbi qarşıdurmanın dalana dirənməsi təhlükəsi ilə əsaslandırıb.

General David Richards The Sunday Telegraph qəzetinə bildirib ki, əgər NATO hərəkətə keçməsə onda Müəmmər Qəzzafinin hakimiyyətdə qalmaq qorxusu var. O, deyib ki, NATO hazırda Liviyada infrastrukturu hədəf almır, amma hərbi əməliyyatların genişləndirilməsini nəzərdən keçirmək vacibdir.

Liviya rəsmiləri keçmişdə polkovnik Qəzzafini öldürməyə yönəlmiş hücum həyata keçirdiyinə görə alyansı tənqid ediblər. Liviyada üsyan fevralda başlayıb. NATO mart ayında hava zərbələri ilə üsyançıların köməyinə gəlib.

XS
SM
MD
LG