Accessibility links

ABŞ şirkəti Halliburton Enerji Xidmətləri üç il əvvəl Meksika körfəzində neft axmasında dəlillərin məhv etməkdə günahkar olduğunu qəbul edib.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Halliburtonu təqsirli göstərən cinayət işi Luiziana ştatının federal məhkəməsində qaldırılıb.

Bəyanatda bildirilir ki, Halliburton bəraət qarşılığında maksimum cəriməni ödəməyə, üç il yoxlama müddətinə və hökümətin neft dağıntılarının araşdırılmasında əməkdaşlığı davam etdicəyinə razılaq verib.

Halliburton cərimənin 200000 dollar olduğunu deyib.

Şirkət BP-nin 2010-cu ilin aprel ayında böyük qazma lahiyəsinin səbəb olduğu neft dağılmasında sement podratçısı olub.

Hadisə zamanı 11 işçi həlak olmuş və üç ay ərzində 5 miliyon barrelə yaxın neft ABŞ-ın cənub körfəzində sulara yayılmışdı.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, Halliburton kompüter məlumatlarının və araşdırmalarla bağlantısı olan digər dəlillərin məhv edilməsinə göstəriş vermişdi.
XS
SM
MD
LG