Accessibility links

Britaniya hökuməti ictimai məsrəflərin ixtisarını təklif edib


Britaniya hökuməti ictimai məsrəflərin ixtisarını təklif edib
Britaniya hökuməti ictimai məsrəflərin ixtisarını təklif edib

Rəsmilər ixtisarların 2015-ci ilədək ictimai sektorda 500 000-ə yaxın iş yerinin azalacağını bildirib

Britaniya hökuməti İkinci Dünya müharibəsindən bəri ictimai məsrəflərin ən böyük ixtisarını təklif edərək, növbəti dörd il ərzində imtiyazların və ictimai sektorda iş yerlərinin 25 faiz azaldılmasına çağırır. Maliyyə naziri Corc Osborn bu gün parlamentə deyib ki, ötən onilliyin hesablarını ödəmək və Britaniyada xərclənəcək maliyyə üçün plan tətbiq etməyin vaxtı gəlib çatıb. O bildirib ki, ölkə artıq ictimai təminat sahəsində islahatlar aparmalıdır. Osborn xərclərin 130 milyard dollar azalmasını təklif etdiyini bildirib. Bu, 2015-ci ilədək ictimai sektorda 500 000-ə qədər iş yerinin ixtisarına gətirib çıxara bilər. Vergi artımı ilə bərabər ixtisarlar ötən il 246 milyard dollara çatan büdcə kəsirlərini silmək üçün vacibdir. Osborn deyib ki, bu, hətta kraliça Yelizavetaya da aid ediləcək.

XS
SM
MD
LG