Accessibility links

Britaniya hökuməti Quantanamo Körfəzində saxlanılmış sabiq məhbuslara təzminat ödəyəcək


Britaniya hökuməti Quantanamo Körfəzində saxlanılmış sabiq məhbuslara təzminat ödəyəcək
Britaniya hökuməti Quantanamo Körfəzində saxlanılmış sabiq məhbuslara təzminat ödəyəcək

Britaniya ITV xəbər agentliyi bildirir ki, azı yeddi məhbus pul alacaq

Britaniya hökumətinin Quantanamo Körfəzində saxlanılmış sabiq məhbuslara milyonlarla dollar təzminat ödəyəcəyi gözlənilir. Qrup Britaniya hökumətini onların xaricdə işgəncəyə məruz qalmalarında iştirakda ittiham edərək məhkəməyə verib. Baş nazir Devid Kameronun ofisi bildirib ki, məsələyə dair təfsilat bu gün parlamentə təqdim ediləcək. Hökumətin təhlükəsizlik xidmətini və üsulları ictimayyətin araşdırmalarından müdafiə etmək üçün məsələnin məhkəməyə çıxarılmasının ölkənin marağında olmadığını deyəcəyi gözlənilir. Britaniya ITV xəbər agentliyi bildirir ki, azı yeddi məhbus pul alacaq. Onlardan birinə 1.6 milyon dollar ödəniş ediləcək.

XS
SM
MD
LG