Accessibility links

Britaniyada bu həftə odlu və digər silahların anbarı aşkar edildikdən sonra 7 nəfər həbs edilib. Polisin bildirdiyinə görə, onlardan 3-ü çərşənbə axşamı, 3-ü çərşənbə günü, biri isə dünən həbs edilib.

Bu həftənin əvvəlində polis tərəfindən saxlanılan maşın sığortası olmadığına görə müsadirə edilib. Maşında olanların terror hücumu planlaşdırdığından şübhələnilir.

Polis bu şəxslərin əvvəlcə terror hücumu planlaşdırdığından şübhələnilərək həbs edilən 6 nəfərlə heç bir əlaqəsi olmadığını deyir.

Şübhəlilərin bu ay başlayacaq yay Olimpiya oyunları zamanı hücumlar planlaşdırdığı bildirilir.
XS
SM
MD
LG