Accessibility links

Britaniya iki il yarım bundan əvvəl Britaniyanın sanksiyalarına etiraz olaraq qəzəbli nümayişçilərin təmsilçiliyə hücumundan sonra İrandakı səfirliyini açacağını bəyan edib.

Britaniyanın xarici işlər naziri Uliyam Heyq parlamentə üvanladığı yazılı bəyanatda deyib ki, bəzi praktiki məsələlər həll edilib.

Nazir işlərin başa çatdırılmasından sonra səfirliyi kişik nümayəndə heyətinin təmsil edəcəyini bildirib.

Britaniya səfirliyi 2011-ci ildə bağlayaraq, İranın Londondakı dipplomatlarını ölkədən xaric etmişdi.

İki ölkə arasında diplomatik əlaqələr bərpa edildikdən sonra İran fevral ayında Londondakı səfirliyini yenidən açıb.
XS
SM
MD
LG