Accessibility links

Səfirlik dörd il öncə etirazçıların binaya hücum etməsindən sonra bağlanmışdı.

Ddörd ildən sonra ilk dəfə olaraq bu gün İranın paytaxtında Böyük Britaniya səfirliyi açılıb. Səfirlik dörd il öncə etirazçıların binaya hücum etməsindən sonra bağlanmışdı.

Britaniyanın xarici işlər naziri Filip Hammon da Tehranda keçiriləm açılış mərasimində iştirak edib və rəsmi şəkildə səfirliyin missiyasını bərpa etdiyini bildirib.

Mərasimdən öncə Britaniyanın Xarici İşlər Nazirliyi eyni anda İranın Londondakı səfirliyinin də açılacağını elan edib.

Hammond bildirib ki, İranla diplomatik yaxınlaşma iki il öncə tanınmış mötədil Həsən Ruhaninin prezident seçilməsi ilə başlayıb.

XS
SM
MD
LG