Accessibility links

Britaniyanın İraqa müdaxiləsi ilə bağlı təhqiqatın nəticələri açıqlanıb [Video]


Britaniyanın keçmiş baş naziri Toni Bleyer 2003-cü ildə Britaniyanın İraqa hərbi müdaxilə etməsindən öncə Səddam Hüseynin törətdiyi təhlükələri şişirdib. Bu, Britaniyanın müharibə ilə bağlı apardığı rəsmi təhqiqatın gəldiyi qənaətdir.

Hesabatda bildirilir ki, İraq prezidentinin kütləvi qırğın silahlarına sahib olmasına dair kəşfiyyat hərbi müdaxiləni zəruri etmirdi. Hesabatda həmçinin hələ də regionda davam edən məzhəblərarası toqquşmalara səbəb olan münaqişənin hüquqi əsası sorğulanır.

Britaniya İraqa müxadiləyə nüvə tərksilahının sülh yolu ilə həll edilmə variantları tükənməmiş qoşulub. O zaman hərbi müdaxilə ən son çıxış yolu deyildi.

Britaniya ABŞ prezidenti Corc Buşun Səddam Hüseynə qarşı hərbi hərəkətə keçməsini dəstəkləməklə İraq münaqişəsində böyük rol oynayıb. Britaniya müdaxiləsini İraq liderinin kimyəvi bə bioloji silhalara sahib olması ilə əsaslandırırdı, halbuki daha sonra İraqda kütləvi silah aşkar edilmədi.

Keçmiş dövlət qulluqçusu Con Çilkotun başçılığı ilə Britaniyanın İraqa müdaxiləsi ilə bağlı təhqiqat yeddi il sürüb. Hesabat 2.6 milyon sözdən ibarətdir. Təhqiqatın nəticələri isə dəhşətlidir.

“Britaniya İraqa müxadiləyə nüvə tərksilahının sülh yolu ilə həll edilmə variantları tükənməmiş qoşulub. O zaman hərbi müdaxilə ən son çıxış yolu deyildi,” deyə Con Çilkot bildirib.

Bir ictimailəşdirilmiş memorandumda müdaxilədən səkkiz ay öncə baş nazir Toni Bleyer amerikalı həmkarına onu hər halda dəstəkləyəcəyini deyib.

Çərşənbə günü bu təhqiqatın nəticələrində irəli sürülən iddiaları cavablandıran Toni Bleyer israr edib ki, onlar müharibə başlatmağa tələsmirdilər.

Britaniyanın sabiq baş naziri Toni Bleyr

Britaniyanın sabiq baş naziri Toni Bleyr

“11 sentyabr hadisələrindən bir il sonra, 2002-ci ilin sonu, 2003-cü ilin əvvəlində kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat artdı,” deyə o bildirib.

Sabiq baş nazir müharibə zamanı həlak olan britaniyalı hərbi qulluqçuların ailələrindən və yüz minlərlə iraqlıdan üzr istəyib. Ancaq səhv qərar verdiyini etiraf etməyib.

“Hər şeyi dəyişdirən İraq deyil, 11 sentyabr hadisələri və Əfqanıstan idi. Bu, da Amerikanın İraqa hərbi müdaxiləsinə gətirib çıxardı. Səddamın kütləvi qırğın silahları əldə etməsinin qarşısını alacaq sanksiyalar mükəmməl olmasa da, nəticə verirdi və bu sanksiyalar daha uzun müddət davam etdirilə bilərdi,” deyə Malkolm Çalmers bildirir.

Hesabatın açıqlandığı binanın önündə isə İraqda ölən əsgərlərin ailələri irəli sürülən sübutları dinləyib.

Con Çilkot

Con Çilkot

“11 il yarımdan sonra mən hələ təzə dinclik tapa bilmişdim ki, indi mən özümü yenidən Bobun itkin düşdüyü və öldürüldüyü güman edildiyi xəbərini aldığım günü kimi hiss edirəm,” deyə İraqda həlak olmuş britaniyalı əsgərin bacısı Sara O'Konnor bildirib.

İraqda isə iztirablar hələ də davam edir.

ABŞ-ın başçılıq etdiyi müdaxilədən bəri davam edən məzhəblərarası münaqişələrdə yüz minlərlə adam ölüb. Ən dəhşətli hücumlardan biri isə elə bu həftə Bağdadda baş verib və nəticədə 250 nəfər həlak olub.

Çilkot təhqiqatı Britaniya siyasətində qaranqlıq səhifəni bağlasa da, İraqda bu müharibənin fəsadları hələ də davam edir.

XS
SM
MD
LG