Accessibility links

Nümayişçilər Britaniya baş nazirinin istefasına çağırıb


Londonda keçirilən nümayişdə etirazçılar Panama sənədlərində ailəsinin maliyyə əməliyyatları ilə bağlı məlumatların açıqlamasından sonra baş nazir Deyvid Kameronun istefasına çağırıb.

Baş nazirin iqamətgahının yerləşdiyi Downing Street-də toplaşan nümayişçilər əllərində istefa çağırışları ilə bağlı mətnlər yazılmış plakatlar tutub Kameronun hakimiyyətdən getməsinə çağırıblar.

Bu gün Mühafizəkarlar partiyasının iclasında danışan Kameron ailəsinin vergi əməliyyatlarında daha diqqətlə yanaşmalı olduğunu deyib və bundan dərs alacağına söz verib. Britanya baş naziri bildirib ki, məsələ ilə bağlı o özü məsuliyyət daşıyır və ofis işçiləri günahlandırılmamalıdır.

“Mən bilirəm ki, bu məsələ ilə daha yaxından məşğul olmalı idim, Daha yaxından məşğul ola bilərdim. Bundan dərs almalıyam və alacam. Downing Street-i, ya da adları çəkilməyən müşavirləri günahlandırmayın, məni günahlandırın.”

Kameron bu açıqlamaları mediada bir neçə gündür neqativ məlumatların verilməsi və onun istefası çağırışlarının səslənməsindən sonra verib.

Müxalifətdə olan Leyborist partiyası bazar ertəsi günü Kameronun ofşor investisiyalarla əlaqədar maliyyə əməliyyatları ilə bağlı bəyanat verməsini tələb edib.

Açıqlanmış sənədlərdə göstərilib ki, Kameronun dünyasını dəyişmiş atası İyenin Baham adalarında baş nazirin vəzifəyə başlamasından öncə özünün də aktiv maraqları olduğu şirkətlərdən biri, Blairmore Holdinqs-in payı olub.

Baş nazirin ofisi ofşor şirkətlərlə bağlı bir sıra bəyanatlar açıqlayıb, lakin Kameronun maraqlarını qeyd etməyib.

Cümə axşamı günü Kameron fondda payı olduğunu və 2010-cu ildə baş nazir vəzifəsinə başlamazdan əvvəl payını 42 min dollara satdığını etiraf edib.

Panama sənədlərində həmçinin Panamada yerləşən Mossak-Fonseka hüquq şirkəti ilə əlaqədar adı çəkilən ofşor şirkətlərinin yarıdan çoxunun Britaniyada qeydiyyatdan keçdiyi qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG