Accessibility links

Britaniyanın kəşfiyyat agentliyi artıq Tvitterdə aktivdir.

DRBQ Tvitterdən “Salam dünya” tvitini paylaşaraq Britaniyanın sosial şəbəkəyə qoşulan ilk kəşfiyyat təşkilatı olub.

Dövlət Rabitə Baş Qərargahı 2013-cü ildə ABŞ kəşfiyyat işçisi Edvard Snoudenin məxfi sənədləri sızdırdıqdan sonra daha şəffaf olmağa qərar verib.

Təşkilat bildirib ki, onların fəaliyyətləri terrorizmlə mübarizə və vətəndaşları kiber cinayətlərdən qorumaq üçün nəzərdə tutulub.

DRBQ təşkilatının adı açıqlanmayan sözçüsü deyib ki, bu, təşkilat üçün böyük addımdır. Biz təşkilatımızın ictimaiyyətə daha əlçatan olmasını və bizim işlərimiz haqda daha çox məlumatın ictimaiyyət tərəfindən anlaşılmasını istəyirik.

Təşkilat hökumət təşkilatları, hüquq mühafizə orqanları da daxil olmaqla çoxsatlı Tvitter hesabları izləməyə başlayıb.

ABŞ Milli Təhlükəsizlik Agentliyi Tvitterdə 2013-cü ildən aktivdir və Britaniyalı həmkarlarını Tvitterdə ilk salamlayanlardan olub.

XS
SM
MD
LG