Accessibility links

Britaniya İŞİD-in təhlükəsi altındadır


Kral ailəsinə qarşı hücumdan ehtiyat edilir

Britaniyanın təhlükəsizlik rəsmiləri İkinci Dünya Müharibəsinin başa çatmasının 70-cı ildönümü ərəfəsində keçiriləcək mərasimlərin planlarının nəzərdən keçirildiyini bildirir.

Suriya ilə əlaqəsi olan ekstremistlərin Londonun mərkəzində təşkil ediləcək və kral ailəsinin də qatılacağı parad zamanı Boston hücumuna bənzər hücum həyata keçirəcəyindən ehtiyat edilir.

Qərbin kəşfiyyat agentlikləri İŞİD-in taktikasını dəyişib, sıralarına cəlb etdiyi xaricilərin öz ölkələrində hücumlara təşviq edəcəyi təxmin edilir.

Təhlükəslik qorxuları Britaniyanın Sky News agentliyinin araşdırmaçı jurnalistlərinin İŞİD-in Britaniydakı üzvlərinin etibarını qazanmaqla onlardan aldıqları məlumatlara əsasən artıb.

Jurnalistlər cihadçılar adı altında online yazışmalardan bu həftə sonu hücum planı hazırlandığına dair məlumat əldə edib. Hücumda 3 qadın iştirak edə bilər.

Təhlükəsizlik rəsmiləri buna baxmayaraq insanları şənbə və bazar günləri keçiriləcək mərasimlərdə iştirak etməyə təşviq edir. Polisin bəyanatında bildirilir ki, beynəlxalq terrorizm təhdidlərinin ciddiliyi nəzərə alınaraq, ictimai tədbirlərin təhlükəsizliyi planları nəzərdən keçirilir.

Qərb İŞİD-ın sıralarına qoşulan təcrübəsiz döyüşçülərin hücum ehtimalı ilə yanaşı Suriyadan qayıdan terroristlərin daha böyük hücumlar həyata keçirə biləcəyindən narahatdır.

Təxminlərə görə, qərbdən 4 min adam İslam Dövlətinə qoşulub. Lakin bu göstəricinin daha artıq ola biləcəyi barədə də xəbərdarlıq verilib.

XS
SM
MD
LG