Accessibility links

Britaniya kraliçasının yubiley mərasimləri davam edir

  • Amerikanın səsi

Böyük Britaniya kraliçası Yelizaveta Teym çayında 1000-dən artıq gəminin iştirak etdiyi flotiliya gəzintisinə qatılıb.Yağışlı havaya baxmayaraq, mərasimə yüz minlərlə insan tamaşa edib.

Kraliça 90 yaşlı həyat yoldaşı şahzadə Fillip, oğlu şahzadə Çarlz və nəvəsi şahzadə Uilyamla bərabər kütləni salamlayıb.

Bu, Böyük Britaniya kraliçası Yelizavetanın 4 günlük yubiley mərasimlərinin bir hissəsidir.

Dünən Epsom Daun at yarışı mərasiminə 150 min insan toplaşmışdı. Kraliçanın taxta keçməsinin 60-cı ildönümü 41 salyut və Londonun mərkəzində keçirilən paradla başlamışdı.

86 yaşlı kraliça bazar ertəsi günü milli mayakı alovlandıracaq. Çərşənbə axşamı isə o, Müqəddəs Pol kilsəsində təşkil edilən dini mərasimə qatılacaq.

Kral ailəsi Bukingem sayanın eyvanından britaniyalıları salamlayacaq.

Kraliça Yelizaveta 1952-ci ildə atası kral Corcun vəfatından sonra taxta sahib olub. Hazırda o, Kanada, Britaniya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası və Şri-Lankanın kraliçasıdır.

XS
SM
MD
LG