Accessibility links

Britaniya lideri seçkilərin tarixini müəyyən etdi


Britaniya lideri seçkilərin tarixini müəyyən etdi
Britaniya lideri seçkilərin tarixini müəyyən etdi

Britaniyanın baş naziri Qordon Braun 6 May tarixini yeni ümummilli seçki günü kimi təsdiq edib.

Britaniyanın baş naziri Qordon Braun 6 May tarixini yeni ümummilli seçki günü kimi təsdiq edib. Cənab Braun Əmək partiyasının hakimiyyətini dördüncü dönəmə uzatmaq arzusundadır. 10-cu Dauninq küçəsinin qarşısında bəyanatla çıxış edən cənab Braun bildirib ki, Britaniya bərpa yolundadır və o, xalqı Əmək partiyasını dəstəkləməyə çağırıb. Britaniya adət-ənənəsinə əsasən cənab Braun ilk olaraq Nazirlər Kabineti ilə görüşmüş, daha sonra Bakinqham sarayına Kraliça Yelezavetanı parlamenti buraxmağı xahiş etmək məqsədi ilə yollanmışdır.

Bir zamanlar müxalif mühafizəkarların Əmək partiyası ilə müqayisədə üstünlüyünü göstərən rəy sorğuları hazırki seçkilərdə onların bərabər səviyyədə yarışmasından xəbər verir.

XS
SM
MD
LG