Accessibility links

Londonun maliyyə tacı risklə üzləşib [Video]


Londonun maliyyə tacı risklə üzləşib
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Bir çox təxminlərə görə Londonun qlobal maliyyə mərkəzində əsas rəqibi Nyu-Yorkdur. Lakin Britaniyanın Avropa İttifaqından ayrılması şəhərin Avropanın maliyyə baş qərargahı olma statusunu itirməsinə gətirib çıxarda bilər. Bəzi banklar artıq əməliyyatlarını öz ölkələrinə daşımağı planlaşdırır.

Avropa İttifaqından ayrılmağın və 500 miliyon nüfuzluq bazardan çıxış London şəhərini təhlükə qarşısında qoyub.

Deyvid Slater: “Bu danışıqlardan aslıdır. Londonun meri və həmçinin baş nazir aydın şəkildə bildirib ki, onlar Avropa bazarına çıxışı davam etdirmək istəyirlər.”

Lakin Avropa İttifaqının digər liderləri Britaniyanın bazara çıxışı olmamasını və eyni zamanda ölkənin ittifaqdan ayrılmasına səbəb olan Avropaya mühacirət qaydalarına qadağalar gətirilməsini təkid edirlər.

Beləliklə Britaniyanın nəzəri olaraq maliyyə bazarını tərk etməsi, digər şəhərlərin Londonun Avropanın baş şəhər statusunun necə olacağını izləyirlər.

Frankfurt şəhəri ilə yanaşı Paris də ən şanslı namizədlər arasındadır. Fransa hökuməti yaxın günlərdə Brexit nəticəsində Londondan ayrılan şirkətlərə dəstək olacağını açıqlayıb.

Arno Bresson: “Bizidə beynəlxalq şirkətlər çoxdur. Əgər siz 10 il əvvəlki vəziyyəti qarşılaşdırsanız, hər şey indi çox dəyişib. Fransa korporasiyaları qlobal dünyada əsas yerə sahibdirlər.”

London Avropanın öndə gedən texnologiya sənayesinə rəhbərlik edir. 3000 yaxın startap şirkəti burada məskunıaşıb. Bura Silikon Roundbout adlanır.

Berlin fürsət axtarır. Avropanın ən böyük texnologiya şəhəri olan Berlində daşınmaz əmlak Londondan çox ucuzdur.

Lukas Kampfman: “Brexitlə yanaşı, London rəqabətdən az-çox çəkilib. Biz inanırıq ki, vaxt keçdikçə Berlinin üstünlüyü artacaq və daha çox startap şirkətlər Berlinə gələcək.”

Bu yaxınlarda yayımlanmış məqalədə Nyu-York Tayms Amsterdamı qlobal əlaqələri, ingilis dilli nüfusu və miqrantları özünə cəlb etməsi sayəsində Londonun yerini tutacaq ən optimal şəhər seçib.

Lakin Londonun pərəstişkarları onun bir nömrəli şəhər olaraq qalacağını deyir.

Deyvid Slater: “Çünki ticarətlə məşğul və təcrübəsi olanlar burada qalmaq istəyir. Hökumət və Londonun meri onları burada saxlamaq üçün əlindən gələn hər şeyi edəcək.”

Narrator-London Britaniyanın milli gəlirinin təxminən ¼ qarşılayır. Brexit seçkiləri şəhəri qeyri-müəyyənliyə sürükləyib. Avropalı rəqiblər isə baş verənləri maraqla izləyir.

XS
SM
MD
LG