Accessibility links

Britaniya korrupsiya turu [Video]


Londonda özünə məxsus Kleptokrasi Turu.

Roman Borisoviç: “Turun məqsədi mövcud problemləri işıqlandırmaqdır. Off shore zonalarından gələn çirkli pulların yuyulmasını işıqlandırmaq.”

Birinci dayanacaq Knaytbridg mülkü. Bu Harrods mağazalar şəbəkəsinə məxsusdur. Həmçinin bu məhəllə Rusiya və Yaxın Şərq milyaderlərinin sevimli yeridir.

Andryu Foksal: “One Hyde parkındayıq. Yolun o biri tərəfində metro stansiyasıdır.”

One Hyde Park-da hər bir mənzilin qiyməti 100 miliyon dollar dəyərindədir. Onlardan biri Rusiyanın neft nəhəngi Lukoilin baş icraçı direktoru Leonid Fedunundur.

Andryu Foksal: “Fedun Rusiya sənayəsinin nəhəngidir. Lakin onun biznesi nümunədən uzaqdır. Lukoil vergidən yayınma qalmaqallarında çirkli pulların yuyulmasında böyük rol oynayır.”

Kampaniyanı təşkil edənlər deyir ki, Panamada yerləşən hüquq şirkəti Mossak Foneskanın məlumatlarının sızması vergi cənnətinin təklif etdiyi məxfiliyi ifşa edib. Bu məlumatlar Kleptokrasi turuna yeni dayanacaqlar əlavə edib.

Roman Borisoviç: “Vergi cənnətindəki korporativ müəssələrin gizliliyi ölkəmizə gələn kriminal gəlirin mənbəyidir.”

Növbəti dayanacaq keçmiş London Yeraltı dayanacağıdır. Bura Britaniya müdafiə nazirliyindən ukraynalı milyader sabiq prezident Viktor Yanukoviçin müttəfiqi 2014-cü ildə FBİ tərəfində korrupsiyada ittiham olunan Dimitro Firtaş tərəfindən 76,5 miliyon dollaar alınıb. Birləşmiş Ştatlar tərəfindən ekstradasiya tələbi məsələsinə Avstrya məhkəməsində baxılır.

Dünya liderlərinin Londonda bir araya gəldikləri ərəfədə kampaniya təşkilatçıları Britaniyanın paytaxtının vergilərdən yayınan pullar üçün əsas rol oynadığını işıqlandırmaq istəyir.

Təşkilatçılar deyir ki, əgər Devid Kameron summitdə iştirak etsə, onun 10-cu küçədəki evini tura əlavə ediləcək.

XS
SM
MD
LG