Accessibility links

Britaniya məhkəməsi iki nəfəri həbs cəzasına məhkum etdi

  • Nərminə Cəlalqızı

Britaniya məhkəməsi iki nəfəri həbs cəzasına məhkum etdi

Britaniya məhkəməsi iki nəfəri həbs cəzasına məhkum etdi

Britaniya məhkəməsi keçən həftə ölkədə Facebook şəbəkəsi vasitəsilə iğtişaşlara təşviq etməkdə ittiham edilən iki nəfəri dörd il müddətinə həbs cəzasına məhkum edib. 20 yaşlı Cordan Blakşou və 22 yaşlı Perri Satklif-Kinan İngiltərənin şimalında, yaşadıqları şəhərdə baş verənləri Facebook səhifələrində nümayiş etdirərək, iğtişaşları daha da qızışdırmaqda ittiham edilirlər. Onların hər ikisi “Nortviç şəhəri darmadağın oldu” və “Gəlin Latçfordda qiyam edək” adlı səhifələri yaratdıqlarını etiraf ediblər.

Britaniyadan alınan digər xəbərdə isə deyilir ki, zorakılıqlar zamanı 68 yaşlı Riçard Boves adlı şəxsi başından vuraraq qətlə yetirən yeniyetmə məhkəmə qarşısına çıxarılıb.

XS
SM
MD
LG